Çexiyada hakimiyyət savaşı: Prezident müdafiə nazirinə qarşı

Çexiyada hakimiyyət savaşı: Prezident müdafiə nazirinə qarşı
30.11.2026 02:30 Dünya

Çexiyanın Prezidenti Petr Pavel müdafiə naziri Yaromir Zunanın qərarlarının dağıdıcı xarakter daşıdığını və ölkənin maraqlarına zərər vurduğunu bildirib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə Çexiya televiziyasına müsahibəsində danışıb.

“Son vaxtlar onun (müdafiə naziri Yaromir Zunanın – red.) hərəkətlərini bizə kömək edə biləcək addımlardan daha çox dağıdıcı və Çexiyanın maraqlarına zərər vuran addımlar kimi qəbul etdiyimi deməliyəm”, – deyə Pavel bildirib.

Belə ki, Pavel Zunanın Baş Qərargah rəisinin döyüş təcrübəsini öyrənə biləcəyi Ukraynaya səfərinə mane olmaq cəhdlərini, eləcə də nazirlik daxilində bəzi qeyri-standart kadr qərarlarını dağıdıcı hesab edir.

Bundan başqa, Pavelin sözlərinə görə, müdafiə naziri ölkənin xərclərini məhdudlaşdırmaq istəyir və mövcud xərcləri kifayət hesab edir. Halbuki hazırda bu xərclər ÜDM-nin 2 faizini təşkil edir.

Çexiya Prezidenti vurğulayıb ki, Zuna hakim koalisiyanın tərkibinə daxil olan və onu müdafiə naziri vəzifəsinə irəli sürən SPD (“Azadlıq və Birbaşa Demokratiya”) hərəkatının siyasətinə uyğun hərəkət edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 NOYABR 2026
Bütün Xəbərlər