Zelenski Rusiyanı hava məkanını pozmaqda ittiham etdi

Zelenski Rusiyanı hava məkanını pozmaqda ittiham etdi
10.09.2025 11:11 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı Polşanın hava məkanını pozmaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, səkkiz hücum pilotsuz təyyarəsi Polşaya yönəlib və bu, Avropa üçün son dərəcə təhlükəli presedentdir.

Zelenski bildirib ki, Rusiyanın pilotsuz təyyarələrinin NATO hava məkanında fəaliyyəti vəziyyəti daha da gərginləşdirir və bunun ciddi nəticələri olmalıdır. O, həmçinin əlavə edib ki, sanksiyalardakı gecikmə Rusiya və onun tərəfdarlarının zərbələrinin daha da şiddətlənməsinə səbəb ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər