Zelenski: "Rusiya danışıqları uzatmağa çalışır"

Zelenski: "Rusiya danışıqları uzatmağa çalışır"
18.02.2026 16:28 Dünya

"Görüş çətin keçdi və Rusiya danışıqları uzatmağa çalışır".

TodayPress TV xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən danışıqların ilk günü ilə bağlı paylaşımında bildirib.

Onun sözlərinə görə, danışıqlar artıq son mərhələyə yaxınlaşmış ola bilərdi.

Zelenski humanitar məsələlərə, xüsusilə hərbi əsirlərin dəyişdirilməsi və mülki şəxslərin azad olunmasına dair addımların müzakirə olunmasının vacib olduğunu vurğulayıb.

Ukrayna prezidenti həmçinin Amerika nümayəndə heyətinə detallara diqqət yetirdiyinə və hazırkı Rusiya nümayəndələri ilə müzakirələrdə səbr göstərdiyinə görə təşəkkür edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər