Zelenski Makronla Yeliseydə görüşdü

Zelenski Makronla Yeliseydə görüşdü
01.12.2025 15:05 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla görüşmək üçün Parisə gəlib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Zelenski Yelisey Sarayında Makron tərəfindən qarşılanıb, liderlər əl sıxıb və qısa söhbətdən sonra danışıqlara keçiblər.

Görüşdə Ukraynadakı vəziyyət, davamlı sülhə nail olmaq üçün mümkün şərtlər, ABŞ-ın sülh planı və Avropa müttəfiqləri ilə koordinasiya məsələlərinin müzakirə olunduğu bildirilir. Həmçinin “istəklilər koalisiyası” çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətləri də əsas mövzulardan biridir.

Qeyd olunub ki, Zelenski, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovdan noyabrın 30-da ABŞ ilə aparılan danışıqlara dair hesabat alacaq.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər