Zelenski Kiyevdədir: Trampın Davos bəyanatı təsdiqlənmədi

Dünya

21.01.2026 19:55

"Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Kiyevdədir və bu gün ABŞ Prezidenti Donald Trampla görüş baş tutmayacaq".

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin “İctimai” nəşrinin "Telegram" kanalına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Volodimir Zelenski hazırda Kiyevdədir, lakin əlavə detalları açıqlamayıb.

Xatırladaq ki, Tramp Dünya İqtisadi Forumunda (DİF) Davosda çıxışı zamanı Ukrayna Prezidenti ilə tədbir çərçivəsində görüşmək niyyətində olduğunu bildirmiş, hətta Zelenskinin zalda olacağına ümid etdiyini demişdi.

Lakin daha sonra Zelenskinin Davos səfərinin ləğv edildiyi məlum olub. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunda imzalanması planlaşdırılan “rifah planı” və təhlükəsizlik zəmanətləri üzrə sənədlər hələlik tam razılaşdırılmayıb. Sözügedən tədbir İsveçrənin Davos şəhərində keçirilir və beynəlxalq gündəmin əsas platformalarından biri hesab olunan Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunur.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski ,Kiyev,ABŞ ,Todaypress.tv,