Zelenski: "İki aylıq atəşkəs olarsa, seçkilər mümkündür"

Zelenski: "İki aylıq atəşkəs olarsa, seçkilər mümkündür"
19.02.2026 14:15 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə iki aylıq atəşkəs elan edə bilsə, nəzəri olaraq seçkilər keçirmək mümkün ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.

O deyib ki, tərəfdaşlar konkret mövqe bildirməlidirlər: həqiqi seçkilər istəyirlər, yoxsa sadəcə onu əvəz etməyə çalışırlar.

Prezident əlavə edib ki, əgər Vaşinqton Ukraynaya sülh gətirə bilsə, ABŞ-nin seçkilərlə bağlı bəzi təkliflərini bloklamayacaq.

Bununla yanaşı Zelenski bildirib ki, seçkilərin keçirilməsi üçün vətəndaşlar sülh məsələsinə münasibətlərini referendum vasitəsilə ifadə etməli, parlament isə mövcud qanunvericilikdə dəyişikliklər etməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər