Zelenski: "Gələcək artıq cəbhədədir, onu Ukrayna yaradır"

Dünya

14.04.2026 16:58

"Gələcək artıq cəbhədə formalaşır və bu gələcəyi məhz Ukrayna yaradır".

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski silah istehsalçılarını təbrik edərkən deyib.

O qeyd edib ki, müharibə dövründə ilk dəfə olaraq düşmənin mövqeyi yalnız dronlar və yerüstü robotlaşdırılmış sistemlər vasitəsilə, piyada qüvvələrin iştirakı olmadan və itkisiz şəkildə ələ keçirilib.

Prezidentin sözlərinə görə, Ukraynanın yerüstü robot kompleksləri son üç ay ərzində 22 mindən çox missiya yerinə yetirib.

Zelenski, həmçinin bildirib ki, Ukrayna dəniz təhlükəsizliyi sahəsində unikal təcrübəyə malikdir və ölkə bu təcrübəni tərəfdaşları ilə bölüşməyə hazırdır.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski ,Prezident,Cəbhə,TodayPress TV,