Zelenski ƏMR VERDİ: 3 gün ərzində…

Zelenski ƏMR VERDİ: 3 gün ərzində…
05.09.2026 19:07 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələrinin Rusiya tərəfi ilə danışıqlara başlaması fonunda Kiyevin Moskvaya hava zərbələrini müvəqqəti dayandırmağa hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu rejim şənbə gününün sonuna qədər, həmçinin bazar və bazar ertəsi günləri qüvvədə olacaq. Kiyev bunun qarşılığında Rusiyanın Ukraynanın paytaxtı Kiyevə zərbələr endirməkdən çəkinəcəyinə ümid edir.

Ukrayna lideri ABŞ nümayəndələrinin artıq Rusiya tərəfi ilə işləməyə başladığını qeyd edib. Onun sözlərinə görə, bazar günü Kiyevdə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə danışıqların keçirilməsi planlaşdırılır.

Zelenski Kiyevin “məzmunlu danışıqlara” hazır olduğunu və diplomatik prosesi fəal şəkildə davam etdirəcəyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər