Bu Avropa ölkəsində dizel yanacağının qiyməti rekord həddə çatdı
Fransada dizel yanacağının orta qiyməti rekord həddə çatıb və litr üçün 2,41 avroya yaxınlaşıb.
TodayPress TV xəbər verir ki, bu, "Agence France-Presse" (AFP) tərəfindən İqtisadiyyat və Maliyyə Nazirliyinin dövlət qiymət monitorinqi sisteminin məlumatları əsasında aparılan təhlilin nəticələrindən bəlli olur.
Sentyabrın 20-nə olan vəziyyətə görə, bir litr dizel yanacağının orta qiyməti 2,4097 avro təşkil edib. Hesablama ölkə üzrə 8,7 mindən çox yanacaqdoldurma məntəqəsindəki qiymətlər əsasında aparılır.
Yanacağın qiymətinin artması əsasən Hörmüz boğazının bloklanması ilə əlaqədar ciddi təchizat pozğunluqları fonunda baş verir. Fransa hakimiyyəti əvvəllər işlə əlaqədar avtomobillə müntəzəm olaraq uzun məsafəli səfərlər etməyə məcbur olan vətəndaşlara dəstək tədbirlərini uzatmaq niyyətində olduğunu bəyan etmişdi.
Aysel Mətləb