Şimali Koreya yenə raket buraxdı, Seulda TƏCİLİ müşavirə çağırıldı
Koreya Respublikasında Şimali Koreyanın ballistik raket buraxması ilə əlaqədar prezident administrasiyası milli təhlükəsizlik idarəsinin təcili müşavirəsi çağırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Seulun iddiasına görə, sentyabrın 20-də Vonsan rayonundan Yapon dənizi istiqamətində kiçik mənzilli ballistik raket buraxılıb.
“Milli Təhlükəsizlik İdarəsi buraxılışın ölkənin təhlükəsizliyinə təsirini təhlil edib və qiymətləndirib, zəruri tədbirlərin necə görüldüyünü yoxlayıb. Şimali Koreyanın ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, onların dayandırılmasına təkidlə çağırırıq”, - deyə bildirilib.
Aysel Mətləb