İstanbul və İslamabad husilərin HƏDƏFİNDƏ

İstanbul və İslamabad husilərin HƏDƏFİNDƏ
20.09.2026 10:39 Dünya

“Raketlərimizin növbəti hədəfləri İslamabad və İstanbul ola bilər".

TodayPress TV xəbər verir ki, bu fikirləri Husi rəsmisi Məhəmməd əl-Buxeyti bildirib.

O, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı müdaxilənin Türkiyə və Pakistana “baha başa gələcəyi” barədə xəbərdarlıq edib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı Yəmənin husi üsyançılarının ilk dəfə olaraq Ər-Riyada ballistik raketlə hücum etməyə cəhd etdiklərini bəyan edib.

Bəyanatda hücumun qarşısının alındığı bildirilib. Ər-Riyadda bəzi sakinlər partlayış səsi eşidib, daha sonra bəziləri hava limanı yaxınlığında tüstü buludu görüb. Xəsarət alan və ya dağıntı barədə məlumat verilməyib.

Həmçinin vurğulanıb ki, husilər Qırmızı dəniz sahilindəki liman şəhəri Yanbuya — Səudiyyənin əsas kəmərlərindən birinin bitdiyi yerə, o cümlədən Taif, Bayş və Farasan şəhərlərində mülki infrastruktura hücum etməyə cəhd ediblər, lakin onların qarşısı alınıb, əlavə təfərrüat verilməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər