Almaniya silahlanır, Avropa narahatdır - “Qitədə qüvvələr balansı dəyişə bilər”

Almaniya silahlanır, Avropa narahatdır - “Qitədə qüvvələr balansı dəyişə bilər”
20.09.2026 13:38 Dünya

Almaniyanın hərbi gücünü sürətlə artırması digər Avropa ölkələrini qorxudur.

TodayPress TV xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti yazır.

Nəşrin qeyd etdiyi kimi, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp və digər Qərb liderləri Almaniyanı iri iqtisadi güc kimi müdafiəyə daha çox vəsait xərcləməyə çağırmışdılar. O vaxtdan bəri kansler Fridrix Merts bu məqsədlər üçün milyardlarla dollar xərcləmək qərarına gəlib.

Nəticədə Avropa rəsmiləri Almaniya Federativ Respublikasının hərbi cəhətdən belə güclənməsinin “qitədə qüvvələr balansını dəyişə biləcəyindən” ehtiyatlanmağa başlayıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər