Hörmüzün taleyi Vaşinqtonun cavabından asılıdır? - Qalibaf xəbərdarlıq etdi
İran ABŞ Tehranın çatdırdığı şərtləri qəbul edənə qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.
“Bu şərtlər yerinə yetirilməyənə, İran xalqının qanuni hüquqları tanınmayana və amerikalıların öhdəlikləri icra olunmayana qədər danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün ən kiçik imkan belə qalmayacaq”, - deyə Qalibaf vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Möhsün Rəzayi İran hakimiyyətinin ABŞ-yə Qətər vasitəsilə müharibənin dayandırılması ilə bağlı şərtləri çatdırdığını və Amerika Prezidenti Donald Trampın cavabını gözlədiyini bəyan edib.
Aysel Mətləb