Moskvanın ən böyük neft emalı zavodu vuruldu - VİDEO
Moskvada gecə dron hücumu nəticəsində “Qazpromneft-MNZ” neft emalı zavodunda yanğın baş verib.
TodayPress TV xəbər verir ki, Rusiya paytaxtının meri zavodun obyektlərindən birinə hücumu təsdiqləyib.
Qeyd edək ki, Moskva Neft Emalı Zavodu (QSC “Qazpromneft-MNZ”) Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Onun emal gücü ildə 11 milyon ton neft təşkil edir.
Zavod Moskva yanacaq bazarının təxminən 40%-ni və Moskva vilayətinin benzin və aviasiya yanacağına olan tələbatının 70%-ni təmin edir.
Xatırladaq ki, sentyabrın 20-nə keçən gecə Ukrayna Moskvaya ən genişmiqyaslı hücumlardan birini həyata keçirib, paytaxt PUA-ların kütləvi hücumuna məruz qalıb.
Aysel Mətləb