Trampın xəritəsindən sonra Makron cavab verdi - “Bu, Fransa ərazisidir”

Trampın xəritəsindən sonra Makron cavab verdi - “Bu, Fransa ərazisidir”
20.09.2026 14:39 Dünya

Dənizaşırı Sen-Pyer və Mikelon icması Fransa ərazisidir və bunda heç bir şübhə ola bilməz.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Atlantik okeanındakı bu arxipelaqa səfəri zamanı danışıb.

"Bizim üçün tamamilə aydındır ki, bu, Fransa ərazisidir, Fransa ilə bağlı olan və fransız olmaqla fəxr edən bir ərazidir. Biz onu əziz tuturuq. Burada heç bir mübahisə və heç bir diskussiya ola bilməz", - deyə lider bildirib.

Xatırladaq ki, sentyabrın 7-də ABŞ Prezidenti Donald Tramp sözügedən ərazinin Amerika ərazisi kimi göstərildiyi xəritə dərc edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər