Ukrayna Moskvanı vurdu - VİDEO

Ukrayna Moskvanı vurdu - VİDEO
20.09.2026 09:18 Dünya

Sentyabrın 20-nə keçən gecə Ukrayna Moskvaya ən genişmiqyaslı hücumlardan birini həyata keçirib, paytaxt PUA-ların kütləvi hücumuna məruz qalıb.

TodayPress TV xarici mənbələrə istinadən xəbər verir ki, Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən artıq 150-dən çox Ukrayna dronu zərərsizləşdirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hədəfi Moskva Neft Emalı Zavodu olub. Müəssisənin ərazisindəki obyektlərdən birinə ziyan dəyib.

Onun sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları artıq hadisə yerində işləyirlər. Dron hücumu nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə məlumat daxil olmayıb.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin dronu Adıgeyə də hücum etməyə cəhd göstərib. Dron Maykopun yaşayış sektoruna düşüb. Hücum nəticəsində həlak olan və xəsarət alan yoxdur. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, hər hansı dağıntı aşkarlanmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər