Moskvadan Kiyevin PUA istehsalına ZƏRBƏ

Moskvadan Kiyevin PUA istehsalına ZƏRBƏ
20.09.2026 10:55 Dünya

Rusiya Federasiyası Silahlı Qüvvələri Kiyev vilayətində PUA-lar üçün komplektləşdirici hissələr və start sürətləndiricilərinin saxlanıldığı "Fire Point" anbarını vurub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri, gecə qrup halında zərbələr endirib.

Kiyevdə “Radioniks” müəssisəsi, kəşfiyyat məlumatlarının saxlanılmasını və ötürülməsini təmin edən “Bi-mobayl” data-mərkəzi vurulub.

Xatırladaq ki, sentyabrın 20-nə keçən gecə Ukrayna Moskvaya ən genişmiqyaslı hücumlardan birini həyata keçirib, paytaxt PUA-ların kütləvi hücumuna məruz qalıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər