Çin kosmosa yerləşir - Doqquz peyk orbitdə!
Çinin "CAS Space" şirkəti doqquz peyki uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, buraxılış Pekin vaxtı ilə saat 12:03-də (Bakı vaxtı ilə 08:03) Şimali Çində yerləşən Tszyutsyuan kosmodromunun "Dunfen" kommersiya meydançasından "Kinetica-1" daşıyıcı raketinin köməyi ilə həyata keçirilib.
Qeyd edilib ki, bu dəfə məsafədən zondlama peykləri olan "Tsinlin-01" və "Tsinlin-02" (optik aparatlar), peyk rabitəsi və telekommunikasiya texnologiyalarının inteqrasiyasını yoxlamaq üçün "Pençen şoufa" və yüksək ayırdetmə qabiliyyətinə, həmçinin orbitdə məlumatların emalı imkanına malik "Çaoçjisuan-1", eləcə də elektromaqnit spektrinin monitorinqi üçün üç "Ditin-01" peyki, "Putszyan-4" və "Yunsyao tanluçje" peykləri buraxılıb.
Onların hamısı uğurla müəyyən edilmiş orbitlərə çıxıb.
Aysel Mətləb