İsrail bütün cəbhələrdə hazır vəziyyətə keçdi

İsrail bütün cəbhələrdə hazır vəziyyətə keçdi
20.09.2026 15:09 Dünya

İsrail Müdafiə Ordusu sentyabrın 20-si axşam başlayan yəhudi Yom-Kippur (Qiyamət günü) bayramı zamanı təhlükəsizliyi təmin etmək üçün Qəzza sektoru, Livan, Suriya və İordan çayının Qərb sahilinə əlavə qüvvələr göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti hərbi mənbəyə istinadən məlumat yayıb.

“Biz bütün cəbhələrdə, o cümlədən İrana münasibətdə lazımi addımlar ata bilərik və həmişə atəşkəsdən döyüş əməliyyatlarının bərpasına keçməyə hazırıq – həm müdafiədə, həm də hücumda. Əgər bizi qəfil yaxalasanız belə, biz məğlub olmayacağıq”, - deyə həmsöhbətinin bəyanatından sitat gətirilib.

Dövlət teleradio şirkətinin mənbəyi qeyd edib ki, orduda dərhal əməliyyatların keçirilməsi halı üçün “təlimatlar toplusu”, həmçinin uzunmüddətli kampaniya üçün planlar var. Onun sözlərinə görə, bu il İsrail ordusunda Yom-Kipur bayramına hazırlıq 2025-ci illə müqayisədə daha hərtərəfli olub və bir neçə həftə ərzində sərhədlərdə, o cümlədən şəhərlərdə müdafiəyə xüsusi diqqət yetirilməklə həyata keçirilib

Aysel Mətəb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər