Silahlı şəxslərin girov götürdüyü gəmi hara aparılır?

Silahlı şəxslərin girov götürdüyü gəmi hara aparılır?
28.11.2026 12:57 Dünya

Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzində silahlı şəxslər yük gəmisini ələ keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

İdarənin açıqlamasına görə, hadisə Yəmənin Bərhaf şəhərindən 118 kilometr cənub-şərqdə baş verib. Yük gəmisinin kapitanı naməlum silahlı şəxslərin icazəsiz şəkildə gəmiyə mindiyini bildirib.

Hazırda gəmi naməlum şəxslərin nəzarətindədir. Yerli hakimiyyət orqanlarına gəminin ələ keçirilməsi barədə xəbərdarlıq edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər