ABŞ nazirləri mülki evlərini tərk edib kazarmalara köçür

ABŞ nazirləri mülki evlərini tərk edib kazarmalara köçür
28.11.2026 13:06 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyasının bir sıra üzvləri xarici qüvvələrdən gələ biləcək təhdidlər səbəbindən yaşayış yerlərini dəyişərək hərbi bazaların ərazisindəki yaşayış məntəqələrinə köçüblər.

TodayPress TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırda Tramp administrasiyasının təxminən altı yüksəkvəzifəli nümayəndəsi Kolumbiya dairəsində yerləşən hərbi şəhərciklərdə yaşayır. Bildirilir ki, bu, əvvəlki prezidentlərin dövrləri ilə müqayisədə rekord göstəricidir. Belə ki, əvvəlki administrasiyalarda yüksəkvəzifəli mülki məmurların hərbi bazalarda məskunlaşması nadir hallarda baş verib.

Məlumata əsasən, bu addım İranın ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinə qarşı sui-qəsd planları hazırladığı barədə yayılan məlumatlarla əlaqələndirilir.

Amerika Universitetinin Konqres və Prezident Hakimiyyətinin Araşdırılması Mərkəzinin direktoru Tomas Kan hesab edir ki, siyasətçilərin yaşayış yerlərini dəyişərək hərbi bazalara köçməsi onların cəmiyyətdən daha da uzaqlaşmasına səbəb olur.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər