Yeni il gecəsi Berlində yüzlərlə insan həbs olunub

Dünya

01.01.2026 17:45

Berlində polis Yeni il gecəsi təxminən 400 nəfəri saxlayıb, 20-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, 1 yanvar gecəsi naməlum şəxslər dəfələrlə polis əməkdaşlarına fişəng və petardalardan istifadə edərək hücum ediblər. 

Bu hadisələrdə ən azı 24 polis əməkdaşı yaralanıb. Ümumilikdə, Almaniya paytaxtında asayişi qorumaq , o cümlədən pirotexnika vasitələrinin istifadəsi ilə bağlı qanun pozuntularının qarşısını almaq üçün təxminən 4300 hüquq-mühafizə orqanı əməkdaşı səfərbər edilib.

Berlin polisi qeyd edib ki, çoxsaylı hücumlara və həbslərə baxmayaraq, Yeni il gecəsi ümumilikdə nisbətən sakit keçib. Ötən il qeydə alınan ciddi hadisələrin və irimiqyaslı əmlak ziyanının qarşısı bu dəfə alınıb.

Yeni il gecəsi polis məmurlarına hücumlar Almaniyanın digər şəhərlərində də baş verib.

"DPA" xəbər agentliyinin məlumatına görə, Hamburqda ən azı on polis əməkdaşı yaralanıb, Leypsiqdə isə  hüquq -mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar atılıb.

Nicat Osman

TodayPress TV 

tag: Almaniya,Polis,Həbs,Yeni il,Todaypress.tv,