Ağ Evin ətrafında nə baş verir? - Vaşinqton qaranlığa büründü
ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində elektrik enerjisinin verilişində fasilə yaranıb.
TodayPress TV xəbər verir ki, bu, yol hərəkəti işıqforlarının fəaliyyətini pozub.
Dövlət Departamenti, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, bir sıra dövlət qurumlarının fəaliyyətinə təsir göstərib. Elektrik kəsintisi Ağ Evin yaxınlığındakı işıqforlara da təsir edib.
Təxminən 1 176 abonent elektriksiz qalıb.
Yarımstansiyadakı nasazlıqdan başqa, hadisənin səbəbi ilə bağlı rəsmi məlumat yoxdur.
Aysel Mətləb