Azərbaycanlı üzgüçü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır
Noyabrın 3-də Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
TodayPress TV xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq.
Yarışlara sabah Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dakar, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.