Fransada həbsxanalar doldu... - Məhbusların sayı rekord həddə!
Fransada həbsxanalarda saxlanılan məhbusların sayı 90,9 min nəfərə çataraq yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi ölkənin Ədliyyə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, 2025-ci il oktyabrın 1-dən etibarən məhbusların sayı 7,2 faiz artıb. Eyni dövrdə həbsxanalardakı yerlərin sayı cəmi 1,5 faiz artaraq 63 452-yə çatıb.
Qısa müddətli həbs cəzası alan və ya məhkəmə qərarını gözləyən şəxslərin saxlanıldığı müəssisələrdə doluluq səviyyəsi 178 faizə yüksəlib. Ümumi həbsxana doluluğu isə 143,3 faiz təşkil edib.
AFP-nin məlumatına görə, Ədliyyə Nazirliyi daha az xərc tələb edən modul tipli həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Bu yerlərin yarısının tikintisi artıq davam edir. İlk belə həbsxananın payızın sonuna qədər Fransanın şimal-şərqində yerləşən Trua kommunasında istifadəyə verilməsi nəzərdə tutulur.
Aysel Mətləb