Azərbaycan millisi olimpiyada ilk beşlikdən uzaqlaşdı

Azərbaycan millisi olimpiyada ilk beşlikdən uzaqlaşdı
02.11.2026 23:21 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında üçüncü yarış günü başa çatıb.

TodayPress TV xəbər verir ki, üçüncü günü medalsız başa vuran Azərbaycan komandası medal sıralamasında əvvəlki günlə müqayisədə 7 pillə geriləyərək 9-cu yerə düşüb.

Üçüncü yarış günündən sonra Yaponiya və Rusiya hərəyə 2 qızıl medalla ilk iki pilləni bölüşür. Yaponiya qızıl medalların sayına görə birinci, Rusiya isə ikinci sıradadır. Çin 1 qızıl və 2 gümüş medalla üçüncü yerdə qərarlaşıb. Xorvatiya və Yeni Zelandiya isə hərəyə 1 qızıl və 1 gümüş medalla müvafiq olaraq dördüncü və beşinci yerləri tuturlar.

Ümumilikdə, 41 ölkənin idmançıları medal qazanıb. Onlardan 15-i qızıl medal əldə edib.

Azərbaycan komandasının aktivində isə hələlik cəmi 1 qızıl medal var. Yeganə medalı cüdo yarışlarında 55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazanıb.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı mübarizə aparır. Azərbaycan yarışlarda 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər