Qeşm adasında ard-arda partlayışlar - TƏCİLİ
İranın Qeşm adasında bir neçə partlayış baş verib.
TodayPress TV xəbər verir ki, məlumata görə, adada 4-6 partlayış qeydə alınıb. Zərbələrin ABŞ qüvvələri tərəfindən endirildiyi və Qeşm adasında yerləşən hava hücumundan müdafiə sisteminin hədəf alındığı bildirilir.
Hücumun ABŞ pilotsuz uçuş aparatlarının ələ keçirilməsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
İranın IRNA agentliyi də partlayışları təsdiqləyib. Agentlik yerli sakinlərə istinadən bildirib ki, partlayışlar zamanı iki təyyarə ada üzərində uçub.
Kübra Musayeva