Hindistanın neft zavodunda dəhşətli yanğın - VİDEO

Hindistanın neft zavodunda dəhşətli yanğın - VİDEO
02.11.2026 23:47 Dünya

Hindistanın şərqində yerləşən liman şəhəri Vişaxapatnamda “Hindustan Petroleum Corporation Limited” şirkətinə məxsus neft emalı zavodunda bazar ertəsi axşam saatlarında baş verən partlayışdan sonra güclü yanğın meydana gəlib.

TodayPress TV xəbər verir ki, yanğın kükürd pekinin saxlanıldığı çəndə başlayıb.

Partlayışdan sonra müəssisənin ərazisi üzərində sıx tüstü buludları yüksəlib.

Yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası əraziyə cəlb olunub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Vişaxapatnamın polis komissarı Şanxabrat Bagiçi hadisəni təsdiqləyib və yanğının çənin hüdudları daxilində lokallaşdırıldığını, zavodun digər obyektləri üçün təhlükə yaratmadığını bildirib.

Yanğınsöndürmə və qəza-xilasetmə bölmələri yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.

Gültac Mehdi̇zadə

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər