Yaponiyada məktəblilər arasında intihar rekord həddə çatdı
Dünya
29.01.2026 17:57
Yaponiyada 2025-ci ildə məktəblilər arasında intihar hadisələri rekord səviyyəyə yüksəlib.
TodayPress TV xəbər verir ki, ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, orta və yuxarı sinif şagirdlərindən 532-si intihar edib.
Bu, 1980-ci ildən bəri aparılan statistikanın ən yüksək göstəricisidir.
Məlumatlara görə, qızlar oğlanlara nisbətən daha çox intihar edirlər. Məktəblilər arasında ən çox intihar orta məktəb şagirdləri arasında qeydə alınıb (349 hadisə).
Eyni zamanda, ölkədə ümumi intihar nisbəti azalmaqda davam edir. 2025-ci ildə Yaponiyada təxminən 20.000 nəfər intihar edib. 2024-cü ildə isə ümumi intihar sayı 20.268 nəfər olub, onlardan 527-si uşaqlar arasında qeydə alınıb və əksəriyyəti (13.763) kişilərdən ibarət olub.
Türkan İsgəndərli
tag: Yaponiya,İntihar,Rekord,Məktəb,Todaypress.tv,
