Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir

Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir
14.08.2026 09:45 Dünya

Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfərini qəbuledilməz hesab edir və Rusiyaya qarşı əlavə tədbirlər görməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, "NHK"nın məlumatına görə, Tokio beynəlxalq tərəfdaşlarla koordinasiya çərçivəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Putin avqustun 13-də Kuril adalarının ən böyük adası olan İturupa səfər edib. Bu, onun Cənubi Kuril adalarına ilk şəxsi səfəri olub.

Səfər Sakit Okean Donanmasının genişmiqyaslı təlimlərinin son mərhələsi və Rusiyanın şərq sərhədlərinin təhlükəsizliyi ilə bağlı iclasdan sonra baş tutub.

Yaponiya daha əvvəl Moskva ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirsə də, Putinin səfərinin onsuz da gərgin olan Yaponiya-Rusiya münasibətlərini daha da pisləşdirə biləcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər