Yapon alimlər qaraciyər fibrozunun yayılma səbəbini tapdı

Yapon alimlər qaraciyər fibrozunun yayılma səbəbini tapdı
22.06.2025 17:15 Dünya

Toho Universitetinin alimləri qaraciyər fibrozunun hüceyrədən-hüceyrəyə necə yayıldığını müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, kəşf “iScience” jurnalında dərc olunub.

Tədqiqat zamanı məlum olub ki, qaraciyərin passiv vəziyyətdə olan ulduzabənzər hüceyrələri zədələndikdə aktivləşir və çapıq toxuma yaradan maddələr ifraz edir. Bu hüceyrələr FGF18 maddəsi ilə təmasda olduqda osteopontin adlı zülal buraxır. Həmin zülal ətrafdakı passiv hüceyrələri də aktivləşdirir və nəticədə fibroz yayılır.

Alimlər osteopontin və FGF18 əlaqəsinin yeni dərmanların hədəfi ola biləcəyini bildiriblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər