Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO
Xorvatiyanın sahilyanı ərazisində yerləşən Omiş şəhərini güclü meşə yanğınları bürüyüb.
TodayPress TV xəbər verir ki, yanğın ciddi dağıntılara səbəb olub və onlarla insan xəsarət alıb.
Baş verən yanğınlar ölkə tarixində ən genişmiqyaslı və mürəkkəb yanğınlardan biri kimi qiymətləndirilib.
Təbii fəlakət nəticəsində ən azı 42 nəfər xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır. Təhlükə səbəbindən təhlükəli ərazilərdən 1 mindən çox insan təxliyə edilib.