Vuçiç BƏƏ-yə edilən hücumları qınadı
Dünya
23.03.2026 10:00
Serbiya Prezidenti Aleksandr Vuçiç BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə İranın ölkəyə hücumlarını pisləyib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Instagram"da məlumat verib.
Serbiya prezidenti dünən səfər üçün Əmirliklərə gəlib.
Onun səfəri barədə ictimaiyyətə məlumat verilməyib.
Vuçiç yazıb:
"Bu çətin və həyəcanverici şəraitdə BƏƏ-yə edilən hücumları ən sərt şəkildə qınadım. Yaxın Şərqin ciddi çətinliklərlə üzləşdiyi, münaqişə və qeyri-sabitliyin nəticələrinin regionun sərhədlərini aşdığı bir vaxtda dostlarımıza dəstək, sülh və sabitlik axtarışında dəstək göstərmək vacibdir".
Xatırladaq ki, fevral ayının sonundan bəri Serbiya Yaxın Şərqdəki gərginlik fonunda BƏƏ-dən 300-dən çox vətəndaşını təxliyə edib.
Nicat Osmanlı
tag: BƏƏ,Prezident,Vuçiç,Hücum,Todaypress.tv,
