Volqa çayı quruyur? - Yaxın 20 ildə...
Volqa çayı yaxın 20 ildə dayazlaşma riski ilə üzləşə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Life” nəşri məlumat yayıb.
Məlumata görə, qlobal istiləşmə səbəbindən Volqa çayının yaxın 20 il ərzində dayazlaşma riski var. Tver vilayətinin Yuxarı Volqa bölgəsində son illərdə çayın səviyyəsinin sürətlə aşağı düşdüyü və temperaturun artması ilə yanaşı buxarlanmanın da çoxaldığı bildirilir.
Alimlər Rjev şəhəri yaxınlığında yaz aylarında çayın su axınının yarıdan çox azaldığını müəyyən ediblər. Səbəblərdən biri kimi isti qışlar göstərilir. Bildirilir ki, ərimələr səbəbindən qar daha erkən əriyir, su ehtiyatları azalır və yaz aylarında çay əvvəlki həcmdə su ilə təmin olunmur.
Qeyd edək ki, Volqanın dayazlaşması gəmiçiliyə də mənfi təsir göstərir. Hazırda Rjev və Tver arasında birbaşa çay nəqliyyatı əlaqəsi yoxdur. Bundan əlavə, çayda balıqların sayının da azaldığı qeyd olunur.
Aysel Mətləb