Vensin İsrailə səfəri planlaşdırılır
ABŞ Vitse-Prezidenti Cey Di Vensin bazar ertəsi İsrailə səfər edəcəyi gözlənilir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, o, səfər zamanı Qəzza zolağındakı girovların meyitlərinin qaytarılması və müharibənin dayandırılması üzrə sazişin icrasını müzakirə etməyi planlaşdırır.
Vitse-prezident, həmçinin ABŞ Prezidenti Donald Trampın HƏMAS-ın tərksilah edilməsinə dair sülh planının ikinci mərhələsi ilə bağlı danışıqlar aparacaq.
Qeyd edək ki, Hazırda Vaşinqtondan rəsmi açıqlama verilməyib.
Jalə Rövşən