ABŞ Rusiyanın dizel yanacağı tədarükünə məhdudiyyət qoyur
ABŞ Konqresinin respublikaçı üzvü Brayan Fitzpatrik Rusiyanın enerji məhsulları ilə bağlı əməliyyatlara icazə verilməsini məhdudlaşdıran qanun layihəsi təqdim edib.
TodayPress TV xəbər verir ki, sənəddə ABŞ Xəzinədarlığının Rusiyanın xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara xüsusi lisenziyalar verməsinin, eləcə də gələcəkdə oxşar icazələr təqdim etməsinin qadağan edilməsi təklif olunur.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tramp danışıqları uğurlu adlandıraraq Rusiyanın beynəlxalq bazarlara böyük həcmdə yanacaq tədarükü ilə bağlı məsələyə toxunub.
Məlumata görə, ABŞ Xəzinədarlığı Rusiyadan dizel yanacağı tədarükünə tətbiq edilən sanksiyaların altı ay müddətinə, aprelin 7-dək yumşaldıldığını açıqlayıb.
Yeni qanun layihəsinin qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.
Türkan İsgəndərli