Çin silkələndi: Güclü zəlzələ baş verdi
Çinin şimal-qərbində yerləşən Çinxay əyalətində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Yuşu Tibet Muxtar Prefekturasının Zado rayonunda baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Türkan İsgəndərli