Venesuelada çox sayda məhbus azad ediləcək

Venesuelada çox sayda məhbus azad ediləcək
08.01.2026 23:15 Dünya

Venesuela hökuməti aralarında həm ölkə vətəndaşlarının, həm də əcnəbilərin olduğu çox sayda məhbusun dərhal azad ediləcəyini elan edib.

TodayPress TV bildirir ki, bu barədə Venesuela Parlamentinin sədri Xorxe Rodriges "Venezolana de Television" telekanalının efirində məlumat verib.

Qeyd edilir ki, qərar ölkədə milli birliyin və dinc birgəyaşayışın möhkəmləndirilməsi səyləri çərçivəsində qəbul edilib. Parlament sədri bu qərarı ölkənin sülh və rifahına dəstək üçün bir töhfə kimi qiymətləndirməyə çağırıb.

Onun sözlərinə görə, məhbusların azad edilməsi prosesinə artıq başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər