UFC Krılovun doğum yeri Donetski Rusiya şəhəri kimi təqdim etdi - FOTO

UFC Krılovun doğum yeri Donetski Rusiya şəhəri kimi təqdim etdi - FOTO
26.10.2026 12:24 Dünya

UFC turnirinin yayımı zamanı rusiyalı döyüşçü Nikita Krılovun doğum yeri ilə bağlı iki fərqli məlumat göstərilib.

TodayPress TV xəbər verir ki, hadisə oktyabrın 24-də Əbu-Dabidə keçirilən UFC 333 turnirində Krılovun Əbdül-Rəhman Yaxiyayevlə döyüşü zamanı baş verib.

İdmançılar oktagona çıxarkən ingilisdilli yayımda Krılovun doğum yeri “Donetsk, Ukrayna”, rusdilli yayımda isə “Donetsk, Rusiya” kimi təqdim olunub.

Fərq sosial şəbəkələrdə və idman mediasında müzakirələrə səbəb olub.

Qeyd edək ki, Nikita Krılov Ukraynanın Donetsk şəhərində doğulub və uzun müddət orada yaşayıb. 




Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər