Venesuela siyasi məhbuslar üçün amnistiya qanununu qəbul etdi
Dünya
20.02.2026 17:31
Venesuela Milli Assambleyası 1 yanvar 1999-cu ildən 2026-cı ilə qədər həbs cəzası çəkmiş siyasi məhbusların azad edilməsi üçün Demokratik Birgə Yaşamaq üçün Amnistiya Qanununu yekdilliklə qəbul edib.
TodayPress TV xəbər verir ki, qanun 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.
Parlament sədri Xorxe Rodrigez bildirib ki, qanun parlament üzvləri tərəfindən yekdilliklə təsdiqlənib. Ümumi əfv təşəbbüsü isə 2026-cı ilin yanvarında prezident vəzifəsini icra edən Delsi Rodrigez tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, siyasi məhbusların azad edilməsi ölkədə milli barışığa, sülhə və demokratik islahatlara töhfə verəcək.
Qanunda bəşəriyyətə qarşı ağır cinayətlər, insan hüquqlarının pozulması, qəsdən adam öldürmə, korrupsiya və narkotik qaçaqmalçılığı ilə bağlı məhkum olunmuş şəxslərin əfv edilə bilməyəcəyi nəzərdə tutulur. Qanun prezident tərəfindən imzalandıqdan və Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.
Türkan İsgəndərli
tag: Venesuela,Prezident,Həbs,Əfv,Todaypress.tv,
