Vaşinqtonda “Sülh Şurası”nın ilk iclası başa çatdı

Dünya

19.02.2026 19:23

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclası Vaşinqtonda keçirilib və toplantı Prezident Donald Trampın çıxışı ilə açılıb.

TodayPress TV xəbər verir ki, beynəlxalq təşkilat çərçivəsində baş tutan ilk görüşdə Azərbaycan, Ermənistan, Misir, Pakistan, BƏƏ, Argentina və İndoneziya liderləri də daxil olmaqla ümumilikdə 20-yə yaxın ölkənin nümayəndələri iştirak ediblər.

Eyni zamanda ABŞ-nin əsas Avropa müttəfiqləri – Böyük Britaniya, Almaniya və Fransa dəvəti geri çeviriblər. “The Guardian” nəşrinin yazdığına görə, həmin ölkələr yeni təşkilatın fəaliyyətinin BMT-yə alternativ və ya rəqib platformaya çevrilə biləcəyindən ehtiyat ediblər.

Dəvət alan Rusiya Prezidenti Vladimir Putin, həmçinin Belarus lideri Aleksandr Lukaşenko və Çin Sədri Si Cinpin isə iclasda iştirak etməyiblər.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Putin,Belarus ,TodayPress TV,