Vaşinqton Tehrandan nüvə ilə bağlı konkret öhdəliklər tələb edir

Dünya

16.01.2026 17:33

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun İrana qarşı diplomatik razılaşma üçün irəli sürdüyü şərtləri açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. 

Uitkoffun sözlərinə görə, mümkün razılaşma dörd əsas məsələni əhatə etməlidir: uranın zənginləşdirilmə səviyyəsi, raket arsenalının azaldılması, artıq toplanmış nüvə materialının taleyi və Yaxın Şərqdə proiran qruplaşmaların fəaliyyəti.

Jurnalistlərin ABŞ Silahlı Qüvvələrinin İrana zərbə endirmə ehtimalı ilə bağlı sualını cavablandıran Uitkoff bildirib ki, məsələnin diplomatik yolla həll olunacağına ümid edir. 

Onun fikrincə, İslam Respublikasının ağır iqtisadi vəziyyəti Tehranın kompromisə getməsinə səbəb ola bilər.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Uitkoff ,İran,Tələb,Todaypress.tv,