Varufakis: "Avropa İttifaqı hərbi ittifaqa çevrilib"

Dünya

19.02.2026 12:22

"Avropa İttifaqı öz qurucu ideallarından uzaqlaşaraq hərbi ittifaqa çevrilib".

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu İqtisadçı Yanis Varoufakis Britaniyanın "UnHerd" portalına müsahibəsində bildirib.

Keçmiş nazir qeyd edib ki, Aİ ilə bağlı baxışları 2016-cı ildə Böyük Britaniyada keçirilən Brexit referendumundan sonra dəyişib. Onun sözlərinə görə, Aİ zaman keçdikcə  demokratikliyini itirir. 

“2016-cı ildə Böyük Britaniyanın Aİ-yə üzvlüyünü könülsüz dəstəklədiyim zaman, Avropa İttifaqının güclənə, demokratikləşə və regionunda xeyirxah qüvvəyə çevrilə biləcəyinə dair az da olsa ümid var idi. Lakin tam əksi baş verdi. Sülh layihəsi kimi başlayan təşəbbüs hərbi ittifaqa çevrildi”, – deyə o bildirib.

Varufakisin sözlərinə görə, Aİ-nin vahid bazarı artıq formal xarakter daşıyır, blokun Yaşıl Sazişi isə aktuallığını itirib və Ursula von der Lyayenin “təxəyyül məhsulu” olaraq qalır.

O, həmçinin əlavə edib ki, Avropa liderlərinin Ukraynada sülhün bərqərar olunması üçün konkret planı yoxdur.

Jalə Rövşən 

TodayPress TV

tag: Avropa İttifaqı,hərbi ittifaq,Yanis Varoufakis,Ursula von der Lyayen,Todaypress.tv,