Vardanyan həyat yoldaşını Bakıya çağırdı
Dünya
21.04.2026 16:05
Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan həyat yoldaşını bakıya çağırdı.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Belə ki, o, ailəsi ilə telefon danışığı aparıb. Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb.
O, həmin müraciətində Manasyanı Bakıya səfərinin təşkil edilməsi imkanlarını nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, hətta həyat yoldaşı Veronika Zonabend bu səfərdə Manasyanı müşayiət etməyə hazırdır.
Məlumata görə, Vardanyan bu yaxınlarda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşdüyünü xatırladıb.
“Azərbaycan ombudsmanı ilə görüşdə qeyd olundu ki, sizin Bakıya səfər imkanınız artıq müzakirə edilib və Azərbaycan tərəfi bu səfərin təşkilinə yardım etməyə hazır olduğunu bildirib. Lakin bu təşəbbüs hələ həyata keçirilməyib”, - deyə Vardanyanın Manasyana müraciətində qeyd olunub.
Xatırladaq ki, martın sonunda Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Başçəkmə prosesi çərçivəsində S.Əliyeva barəsində 20 illik həbs qərarı verilmiş Ruben Vardanyanla da görüşüb.
Türkan İsgəndərli
tag: Vardanyan,Ermənistan,Azərbaycan,Veronika Zonabend,Todaypress.tv,
