Ukrayna və Macarıstan Zelenski-Madyar görüşünə hazırlaşır

Dünya

22.05.2026 18:30

Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında keçiriləcək görüşün hazırlıqlarına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynanın "Novosti. Live" nəşrinin yaydığı videoaçıqlamada bəyan edib.

"Liderlərin görüşünə gəlincə, bu görüş diplomatik kanallarla razılaşdırılacaq vaxtda və məkanda baş tutacaq. Biz həm Macarıstan, həm də bizim tərəfimizdən artıq formalaşdırılmış danışıqlar qruplarımızın hazırlıqlarına və müqavilə trekimizə əsaslanaraq tarixi müəyyən edəcəyik", - deyə o bildirib.

Sibiqa həmçinin əlavə edib ki, İsveçdə macarıstanlı yeni həmkarı Anita Orban ilə birbaşa danışıqlar aparıb.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna ,Zelenski ,Macarıstan,Peter Madyar,TodayPress TV,