Ukrayna üçün son mərhələ: Uitkoff Putinlə görüşə hazırlaşır
Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar hazırda son mərhələdədir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
"Bu prosesin əvvəlində müəyyən qarışıqlıq var idi. Lakin, əhəmiyyətli irəliləyiş əldə etmişik", - deyə o bildirib.
Uitkoff təsdiqləyib ki, o, yanvarın 22-də Moskvaya uçacaq və orada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Daha sonra Uitkoff, Ukrayna münaqişəsinin həlli ilə bağlı işçi qrupunun müzakirələrinin keçiriləcəyi Əbu-Dabiyə gedəcək.
Aysel Mətləb