Ukrayna Türkiyəyə müraciət etdi
Kiyev Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüşə ev sahibliyi etməsi üçün Türkiyəyə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa aprelin 21-də jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Kiyev bu məsələ ilə bağlı yalnız Türkiyəyə deyil, həmçinin bir sıra digər paytaxtlara da müraciət ünvanlayıb.
Jalə Rövşən