Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO
Bu gün Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Obyekt ərazisində güclü tüstülənmə müşahidə olunur. Zərərin miqyası dəqiqləşdirilir”, – məlumatda bildirilir.
Açıqlamada qeyd olunur ki, Ukrayna hərbçiləri Luqansk vilayətinin Debaltsevo rayonu ərazisində pilotsuz uçuş aparatları operatorlarının hazırlanması üçün istifadə olunan poliqonu, eləcə də Donetsk vilayətinin Mirnoqrad və Perebudova rayonlarında PUA idarəetmə məntəqələrini vurub.
Həmçinin Rusiya ərazisində, Belqorod vilayətinin İlek-Penkovka rayonu və Donetsk vilayətinin Pokrovsk istiqamətində komanda-müşahidə məntəqələrinin məhv edildiyi bildirilib.
Bundan əlavə, Ukrayna ordusu Zaporojye vilayətinin Vasilyevka rayonu yaxınlığında Rusiya ordusunun qoşun və təminat daşımaları üçün istifadə etdiyi avtomobil körpüsünün də vurulduğunu açıqlayıb.
“Əlavə məlumatların təhlili nəticəsində iyunun 21-də Krasnodar diyarında yerləşən “Qafqaz” limanının infrastrukturuna və iki avtomobil bərəsinə zərbə endirildiyi təsdiqlənib. Bu obyektlər Ukraynanın cənub bölgələrindəki Rusiya qüvvələrinin təminatı üçün istifadə olunur”, – Baş Qərargahın məlumatında qeyd olunur.