Ermənistanda seçki gərginliyi: Deputatlardan etiraz
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları Baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinə getməyəcəyinə ümid edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, hakim fraksiyanın deputatları növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə mandatlarını və qarşıdakı beş il ərzində aldıqları yüksək maaşları itirmək ehtimalından narahatdırlar.
Xatırladaq ki, Paşinyan oktyabrın 22-də növbədənkənar seçkilərin keçirilə biləcəyini bildirib.
Türkan İsgəndərli