Ermənistanda merliyə namizəd və tərəfdarları saxlanıldı

Ermənistanda merliyə namizəd və tərəfdarları saxlanıldı
24.10.2026 13:58 Dünya

Ermənistanda Artik şəhərinin meri vəzifəsinə namizəd Artur Astoyan və onun bir neçə tərəfdarı saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Həyat üçün ölkə” partiyası sosial şəbəkədə məlumat yayıb.

Partiyanın açıqlamasına görə, Astoyan və tərəfdarları oktyabrın 24-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polisə aparılıblar. Partiya hadisəni komandalarına qarşı təzyiq kimi qiymətləndirib və məqsədin Artikdə hakimiyyət dəyişikliyinin qarşısını almaq olduğunu iddia edib.

Qeyd edək ki, oktyabrın 21-də müxalif “Güclü Ermənistan” partiyası Stepanavan şəhərində tərəfdarlarının evlərində axtarışlar aparıldığını və onların saxlanıldığını açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər